“Bloomberg News”un məlumatına görə, “Nvidia”, “Microsoft”, “Meta” və “Alphabet” hələ də süni intellekt sahəsində öncül kimi qiymətləndirilir, amma “Apple”, “Amazon” və “Tesla”nın gələcəyi daha qeyri-müəyyəndir. Bu şirkətlərin səhmlərinin performansı geridə qalıb və analitiklər artıq onların süni intellekt partlayışının növbəti mərhələsində liderlik edə biləcəyinə şübhə edirlər.
Buna qarşılıq, “Broadcom”, “Oracle” və “Palantir” kimi yeni oyunçular güc qazanır. “Palantir” 2025-ci ildə 135% artım göstərmiş, “Oracle” isə süni intellekt dəstəklı bulud xidmətləri və proqram təminatına olan yüksək tələbat sayəsində 75%-dən çox yüksəlmişdir.
“Wall Street” intellekt sahəsindəki əsl dinamikanı daha yaxşı əks etdirmək üçün yeni qruplaşmalar sınayır: “Fab Four”, “Big Six” və “Broadcom”u da əlavə edən “Elite 8”.
“Cboe Global Markets” isə yaxınlarda orijinal yeddi şirkətə “Broadcom”, “Palantir” və AMD-ni əlavə edərək “Magnificent 10” indeksini istifadəyə verib.