Vaxt.Az

53 yaşlı zərif cəngavər


 

Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi

53 yaşlı zərif cəngavər Moldova Gürcüstan olmadı. Kişinyov keçmiş post-sovet məkanından tamamilə qopdu. 47 həftə ərzində bu zərif, ancaq güclü qadın xalqı ilə 3-cü dəfə Kremli məğlub etdi:

● Prezident seçkilərində qələbə

● Avrointeqrasiya referendumunda qələbə

● Parlament seçkilərində qələbə

Bütün bunlar korrupsiyaya yox deyən, hakimiyyətə gəldiyi gündən prezident sarayını xalq üçün açan, həftəsonlarını gənclərlə keçirən, dağları, meşələri onlarla birlikdə gəzən, hər gün prezident sarayında anasının bişirdiyi yeməklərlə nahara edən, sadə həyat tərzi keçirən, ən əsası Moldova gənclərinin gələcəyə bir nömrəli ümidi olan 53 yaşlı bu zərif qadının sayəsində mümkün oldu. O bütün qələbələrini pillə-pillə həyata keçirdi. İndi də xalqının dəstəyi ilə Kremlin “qanlı caynağından” ölkəsini xilas etdi. Bu 3 ildə ən kritik məqamda belə ölkəsini müharibədən kənar saxlamağı bacaran bu qadın Odessanın xilaskarıdır, həm də “ikinci cəbhəni” gorbagor etdi. Olduqca çətin mübarizə idi. Moldovaya həmlələri Kreml təkcə Dnestryanıdan, Qaqauziyadan etmirdi, o bunu Moldovaya ən yaxın ölkə, lakin son seçkilərdə hakimiyyətə sahib olan Rusiyayönümlü Rumıniyaya qarşı da mübarizə apararaq həyata keçirdi.

İndi Moldova Xalqından Avropa, azad dünya yolunda ən çətin yolu adladıqdan sonra qarşıya qoyulan tələblərə sadiqliyi tələb olunur. Bütün bunlara sonadək sadiq qalınarsa, Moldova 2030-cu il üçün Avropa Birliyinin tam hüquqlu üzvü olacaq. Maya Sandu isə əbədi olaraq Moldova xalqının qəhrəmanı və yeni ölkənin qurucusu kimi adını tarixə yazdı. 

Müharibəyə, tiranlığa, diktaturaya, imperializmə yox deyib, azad dünyanı seçən Moldova xalqının yolu aydınlığa doğrudur.

 





29.09.2025    çap et  çap et