Türkiyənin mümkün qərarları barədə spekulyasiya etmək istəmədiyini bildirən Lavrov, Ankaranın mövqeyinə hörmət etdiklərini deyib: “Türkiyə və digər tərəfdaşlarımız haqqında əvvəllər dediklərimi təkrarlayıram. Türkiyənin tutumuna hörmətlə yanaşırıq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərdə ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirdiyi görüşdən sonra, iki ölkə arasında mayeləşmiş təbii qaz (LNG) ticarətini də əhatə edən bəzi sazişlər imzalanmışdı. Bu sazişlər çərçivəsində Türkiyənin 2045-ci ilə qədər ABŞ-dan qaz idxal edəcəyi bildirilir.
Türkiyənin LNG ehtiyacının indiyə qədər böyük hissəsi əsasən Rusiyadan təmin olunurdu. ABŞ ilə yeni əməkdaşlıqlar, Türkiyənin enerji idxal siyasətində yön dəyişdirmə ehtimalını gündəmə gətirir və bu inkişafın Rusiya tərəfindən necə qarşılanacağı maraq doğurur. Lavrovun açıqlamaları isə Moskvanın bu mövqedəki tutumunu nümayiş etdirir.