Vaxt.Az

BP-dən 5 milyardlıq layihə


 

Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq

BP-dən 5 milyardlıq layihə Böyük Britaniya enerji nəhəngi BP Meksika körfəzinə aid “Tiber-Guadalupe” layihəsinə “yaşıl işıq” yandırdığını açıqlayıb. ABŞ hökumətinin may ayında etdiyi ad dəyişikliyindən sonra bu bölgə rəsmi olaraq artıq “Amerika Körfəzi” adlandırılır. 5 milyard dollarlıq layihə, BP-nin bölgədəki genişlənməsində mühüm bir addım hesab olunur. “Kaskida” inkişaf layihəsi ilə birlikdə, BP-nin bölgədəki ümumi yatırımı təxminən 10 milyard dollara çatıb.

BP-nin İstehsalat və Operasiyalardan Məsul Vitse-Prezidenti Qordon Birrell bildirdi ki, ““Tiber-Guadalupe” “Amerika Körfəzi”ndə Paleogenin potensialını ortaya çıxarma səylərimizdə, bölgədəki onilliklərə dayanan təcrübəmizə əsaslanaraq atdığımız mühüm bir addımdır. Paleogendəki “Kaskida” layihəmizlə birlikdə, “Tiber-Guadalupe”in də dünya miqyasında digər bir inkişaf layihəsi olacağını gözləyirik”.

Yeni açıq dəniz mərkəzi BP-nin Körfəzdəki yeddinci istehsal platforması olacaq və şirkətin ABŞ açıq dəniz bölgəsindəki ümumi istehsal gücünü artıracaq. BP, 2030-cu ilə qədər yeddi platformanın hamısının gündə 400.000 barel neft ekvivalenti istehsal etməsini gözləyir.

 





29.09.2025    çap et  çap et