“XFG” və ya “Frankenşteyn” variantı immun sistemindən yayınma xüsusiyyəti ilə diqqət çəkir. Fransada təcili yardım bölmələrinə müraciətlər sürətlə artır.
Niyə “Frankenstein” adlandırılıb?
XFG variantına bu adın verilməsinin səbəbi, fərqli “Omicron” alt variantlarının birləşməsi ilə meydana çıxmasıdır. Yəni virus müxtəlif genetik komponentləri birləşdirərək sanki “laboratoriyada hazırlanmış” bir quruluş qazanıb. Bu da ona həm daha yoluxucu olma, həm də immun sistemindən gizlənmə qabiliyyəti verir.
DST iyunun 25-də “Frankenşteyn” variantını “izlənən variantlar” siyahısına daxil edib. Bu, virusun yayılma sürətinin və təsirlərinin qlobal səviyyədə diqqətlə izlənəcəyi deməkdir.
15-21 sentyabr həftəsində Fransada “COVİD” şübhəsi ilə təcili yardım bölmələrinə 375 nəfər daha çox müraciət edib. Bu, əvvəlki həftəyə nisbətən 37% artıma bərabərdir. Xüsusilə yetkinlərdə artım diqqətçəkən olsa da, uşaqlarda ilk dəfə azalmanın müşahidə olunduğu bildirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə (CDC) görə, “Frankenşteyn” variantı ölkədə nümunələrin 14%-ni təşkil edir. Bu da variantın qısa zamanda dominant ola biləcəyi barədə narahatlıq yaradır.
Mütəxəssislər nə deyir?
Fransada payız ilə birlikdə tənəffüs yolu infeksiyalarının artacağına diqqət çəkən mütəxəssislər, peyvənd kampaniyalarının erkən başlanmasını və xüsusilə yaşlılar və risk qruplarının ehtiyatlı olmasını tövsiyə edirlər.