Bunu AzVision.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə ötən gün Xalq Partiyasının sədri Pənah Hüseynlə görüşündən danışarkən deyib.
O bildirib ki, P.Hüseynlə əməkdaşlıqları bundan sonra daha da genişlənəcək.
«Həm «Qarabağ» bloku çərçivəsində, həm də digər partiyalarla görüşlərimiz olacaq. Pənah bəylə münasibətləri genişləndirib ümumi görüş təşkil edəcəyik və bu görüşdə müzakirələr aparılacaq. Hər halda müsbət bir şeydir».
Qeyd edək ki, ötən gün Ümid və Xalq partiyalarının liderləri İqbal Ağazadə və Pənah Hüseyn arasında görüş keçirilib.