Vaxt.Az

Fransada hicaba dözüm yoxdur


 

Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı

Fransada hicaba dözüm yoxdur Fransada hicab müzakirələri yenidən alovlanıb. Bu dəfə gündəmdə, Strasburq Bələdiyyəsinin “Strasbourg, la douceur de ville” (Strasburq, şəhərdəki incəlik) şüarı ilə başladığı kampaniyada yer alan hicablı qadın görüntüsü var.

Strasburq Bələdiyyəsinin kampaniyasında afişa Fransız ictimaiyyətini ayağa qaldırıb. Afişa İslam təbliğatı və prinsiplərə zidd olmaqla ittiham olunur.

Mübahisəli afişada, 60 yaşlarında hicablı bir qadının fotosu yer alır. Feminist və ifrat sağçı görüşləri ilə tanınan bəzi şəxslər, afişanın “cəmiyyəti böldüyünü”, demokratik prinsiplərə zidd olduğunu və İslamçı təbliğatın nümayiş etdirdiyini iddia ediblər.

Feminist “Némésis” qurumunun direktoru Alis Kordier paylaşımında, “Başörtüsünü daşıyan bir qadını afişaya yerləşdirən bu bələdiyyə utancvericidir. Mövcud bələdiyyə başqanının (EELV) vəzifəsini tərk etməsini səbirsizliklə gözləyirik”, – yazıb.

Keçmiş sağçı millət vəkili namizədi Emmanuel Brisson isə reaksiya verərək, “Hicablı bir qadını şəhərdəki incəliklə əlaqələndirən bələdiyyə demokratik prinsiplərdən uzaqlaşır. Bu, islamın təbliğatıdır”.

Tənqidlərin yanında afişaya dəstək verən çoxlu sosial media istifadəçisi və vətəndaş da fikirlərini açıqlayıb. Onlara görə, afişa Strazburqun çoxmədəniyyətli quruluşunu əks etdirir və daxil edici mesaj daşıyır.

Bir istifadəçi, “Anam da hicablıdır və illərdir Strazburqda yaşayır. Onun da bu şəhərdə yeri var. Afişada bunu görmək məni təsirləndirdi”, – yazıb.

Bəzi şərhçilər isə, “Hər yaşdan, hər inancdan, hər geyim tərzindən insanın bu şəhərdə bərabər təmsilçilik haqqı var. Bu, birlik mesajıdır”, – yazıb və kampaniyanı müdafiə ediblər.

 





29.09.2025    çap et  çap et