Vaxt.Az

Fransanın məşhur şirkəti Türkiyəyə satılır


 

Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?

Fransanın məşhur şirkəti Türkiyəyə satılır Fransanın Müluz şəhərində fəaliyyət göstərən və silah-hərbi ləvazimat istehsalı avadanlıqları ilə tanınan “Manurhin” şirkəti türk müdafiə sənayesi nəhəngi “Arca Defense” ilə danışıqlara başlayıb.

“Manurhin” 2018-ci ildə iflasdan sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kapitalı ilə fəaliyyətini davam etdirirdi. Lakin Fransız mətbuatına görə, bu sərmayə qrupu şirkəti “sakitcə” satışa çıxarıb.

“La Lettre” adlı media qurumunun xəbərinə görə, satış üçün artıq Türk müdafiə şirkəti “Arca Defense” ilə görüşlər davam edir. Bu inkişaf, Avropa müdafiə sənayesindəki birləşmə cəhdləri arasında diqqət çəkən bir addım kimi qiymətləndirilir.

“Manurhin” xüsusilə patron istehsalı avadanlıqları üzrə ixtisaslaşmış bir şirkətdir. Şirkət dünyanın müxtəlif ölkələrinin ordularına və müdafiə sənayesi müəssisələrinə avadanlıq tədarük edir. Şirkətin potensial sahə dəyişməsi həm strateji istehsal qabiliyyəti, həm də Fransanın müdafiə texnologiyalarında xarici asılılığı baxımından əhəmiyyət daşıyır.

BƏƏ-nin bu qədər strateji bir şirkəti niyə satışa çıxardığını müzakirə Fransadakı bəzi müdafiə ekspertləri danışıqların gizli aparılması diqqət çəkir. “Arca Defense”in satınalma prosesində nə qədər irəliləyişi olduğu isə hələ dəqiqləşməyib.

Satınalma prosesi tamamlandığı təqdirdə bu inkişafın Fransa ilə Türkiyə arasındakı müdafiə və iqtisadi əlaqələrə də təsir edə biləcəyi bildirilir.

 





29.09.2025    çap et  çap et