Həmin adaptor 2009-cu ildən 2012-ci ilə qədər satılmış «iPhone 3GS», «iPhone 4» və «iPhone 4s» smartfonlarının komplektində olub.
Defektli adaptoru yoxlamaq üçün arxa tərəfinə baxmaq lazımdır. Əgər «CE» hərfləri rənglənibsə və model nömrəsi A1300-dürsə, deməli, həmin adaptor defektlidir və yenilənmiş A1400 modeli ilə dəyişdirilməlidir.
Şirkətin məlumatına görə, yeni versiya ilə dəyişdirilmə pulsuz olacaq. Bundan başqa, adaptorun dəyişdirilməsi zamanı «iPhone»-un seriya nömrəsi yoxlanılacaq.