Vaxt.Az

Oturacaq davası


 

Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi

Oturacaq davası Tailandda fəaliyyət göstərən “Thai Lion Air” aviaşirkətinə məxsus təyyarədə yolçu ilə ekipaj arasında gərginlik yaşanıb. Hadisə, Banqkokdan havaya qalxmağa hazırlaşan reysdə baş verib.

Məlumata görə, İngiltərə vətəndaşı olan sərnişin, əvvəlcədən pəncərə kənarında oturacağı halda daha geniş yer əldə etmək üçün təcili çıxış qapısına yaxın, koridor kənarındakı yerə keçmək istəyib. Lakin həmin yerlər yalnız əlavə ödənişlə əldə olunduğundan ekipaj sərnişinin tələbinə razılıq verməyib.

Etiraz edən yolçu israrını davam etdirib və tərəflər arasında mübahisə böyüyüb. Ekipaj heyəti təhlükəsizlik qaydalarının pozulması ehtimalını əsas gətirərək sərnişini təyyarədən endirib.

Hadisəyə aid görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, sərnişinin davranışı digərlərində də narahatlıq yaradıb.

Aviaşirkət hələlik hadisə ilə bağlı açıqlama verməyib. Şirkətin qaydalarına əsasən, təcili çıxış yerləri əlavə ödənişlə satılır və bu yerlər fövqəladə vəziyyət prosedurlarında xüsusi əhəmiyyət daşıyır.

 





29.09.2025    çap et  çap et