Proqram, uşaqlarda boy çatışmazlığının qarşısını almağı, qidalanmanı yaxşılaşdırmağı, həmçinin yerli fermer və balıqçıların məhsullarına bazar yaratmağı hədəfləyir. Prezident Prabovo Subianto isə hadisələrə baxmayaraq təşəbbüsü müdafiə edib.
“Əlbəttə, nöqsanlar oldu, qida zəhərlənmələri yaşandı. Amma servis edilən bütün yeməklərlə müqayisədə bu, cəmi 0,00017%-lik bir nisbətdir,” – deyə Subianto bildirib.
Prezident, proqramın hələ tam oturmadığını, lakin dünyanın heç bir ölkəsində bu qədər genişmiqyaslı təşəbbüsün qısa müddətdə həyata keçirilmədiyini vurğulayıb. O, Braziliyanın oxşar proqramla 40 milyon insana çatmasının 11 il çəkdiyini xatırladıb.
Ötən həftə Milli Qidalanma Agentliyi proqram çərçivəsində fəaliyyət göstərən 9 min mətbəxdən 40-nın sanitariya standartlarına cavab vermədiyi üçün bağlandığını açıqlayıb.
Prezident Subianto isə bütün məktəb mətbəxlərinin qida keyfiyyətini yoxlamaq üçün sürətli test avadanlıqları, sterilizasiya qabları, su filtrləri və mərkəzi hökumətə bağlı kamera sistemi ilə təchiz edilməsini əmr edib.