Miran bildirib ki, FED hazırda kritik mərhələdədir və faizlərin “neytral” səviyyədən xeyli yuxarı qalması əmək bazarında parçalanmalara yol aça bilər. Onun sözlərinə görə, həmin “neytral” səviyyə hazırda sıfıra yaxın həddə enməkdədir.
“Fox Business” telekanalına açıqlamasında Miran FED-in ötən
günlərdə qəbul etdiyi 0,25 bəndlik faiz endirimi qərarına qarşı çıxdığını, əvəzində
0,5 bəndlik azalmaya dəstək verdiyini bildirib:
“İnsanlar hələ də təcili vəziyyət hiss etmir”, – deyə rəsmi əlavə edib.
Yeni idarə heyəti üzvü həmçinin həmkarlarının gömrük rüsumlarının yaratdığı inflyasiya ilə bağlı narahatlıq yaşadığını qeyd edib.
Ötən həftəki çıxışında Miran siyasətçilərin idxal mallarındakı kiçik qiymət artımlarına fokuslanmaq əvəzinə, sərhəd və maliyyə siyasətinin neytral faiz dərəcəsini aşağı salmağa yönəlməli olduğunu vurğulayıb.
Lakin Miranın bu yanaşması digər iqtisadçılar və mərkəzi bank rəsmilərinin neytral faiz dərəcəsi və mövcud siyasət qiymətləndirmələri ilə ziddiyyət təşkil edir.