Vaxt.Az

Qızıl yeni rekorda yüksəldi


 

ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı

Qızıl yeni rekorda yüksəldi ABŞ hökumətinin mümkün qapanması ilə bağlı narahatlıqlar fonunda qızıl qiymətləri tarixi zirvəni yenilədi.

Külçə qızıl dünən üçüncü dəfə bahalaşıb və sonuncusunda 0,9% artaraq unsiya başına 3.867,25 dollara yüksəldi və əvvəlki sessiyada əldə olunan tarixi maksimumu geridə qoydu.

Konqres liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında aparılan danışıqlar nəticəsiz qaldı. Bu isə hökumətin qısamüddətli maliyyələşməsi ilə bağlı qeyri-müəyyənliyi artıraraq, qapanma ehtimallarını gücləndirdi. Potensial qapanma ABŞ iqtisadiyyatı ilə bağlı vacib statistik məlumatların açıqlanmasına da mane ola bilər.

Digər tərəfdən, dünyanın ən böyük iki qızıl istehsalçısı “Newmont” və “Barrick Mining” dünən rəhbərlik dəyişikliyi barədə açıqlama verdi. “Newmont”un baş icraçı direktoru Tom Palmerin ilin sonunda istefa edəcəyi gözlənilirdi, lakin “Barrick” rəhbəri Mark Bristounun ayrılığı bazarda sürpriz effekti yaratdı.

ABŞ Xəzinədarlıq istiqrazları da bahalaşdı, dollar isə dəyər itirdi. İstiqraz gəlirlərindəki eniş faiz gəliri olmayan qızıla dəstək verərkən, zəifləyən dollar da qızılı qlobal alıcılar üçün daha əlçatan etdi.

Bu gün qəzəl 3.864,69 dollardan ticarət olunur. “Bloomberg Dollar Spot” İndeksi əvvəlki sessiyada 0,2% azaldıqdan sonra sabit qaldı. Gümüş və palladium qiymətləri artım göstərdi, platin isə gerilədi.

 





30.09.2025    çap et  çap et