Tramp “Truth Social” hesabında, “Mebellərini ABŞ-da istehsal etməyən hər bir ölkəyə ciddi gömrük rüsumları tətbiq edəcəyəm”, – yazıb.
Prezidentin bu açıqlaması ötən həftə xarici mənşəli mətbəx şkafları, vanna otağı şkafları və döşənmiş mebellərə vergi gətirilməsi planı ilə bağlı bəyanatına əsaslanır.
Tramp 25 oktyabrda verdiyi açıqlamada “mebel sektorunu geri qaytarmaq” vədi çərçivəsində idxal mətbəx və vanna otağı şkaflarına 50%, döşənmiş mebellərə isə 30% gömrük rüsumu tətbiq olunacağını, yeni vergilərin isə 1 oktyabrdan qüvvəyə minəcəyini bildirmişdi.
O, həmçinin ABŞ-da mebel sənayesində məşğulluğun son 25 ildə iki dəfə azalaraq hazırda təxminən 340 min nəfərə endiyini qeyd edib.
Ağ Evin ticarət müşaviri Piter Navarro isə Çinlə yanaşı Vyetnam, İndoneziya, Malayziya və Taylandın əməkdaşlıq yolu ilə dünya miqyasında mebel sektoruna hakim olduğunu vurğulayaraq, tətbiq edilən vergilərin Pekinə cavab xarakteri daşıdığını bildirib.