Bank uzun müddətdir qızıl bazarında nikbin mövqedə olsa da, analitiklər Daan Struyvenin də imzası olan qeyddə qızıl dəstəkli birja fondlarına (ETF) olan güclü axının əvvəlki modelləri üstələdiyi vurğulanıb.
Qeyddə bildirilib ki, fərdi investorların portfellərini əhəmiyyətli dərəcədə qızılla diversifikasiya etməsi ehtimalı bankın proqnozlarında “yuxarı yönlü böyük risk” yaradır. Bu isə 2026-cı ilin ortaları üçün 4.000 dollar, gələn ilin sonu üçün isə 4.300 dollar səviyyəsində nəzərdə tutulan qiymətlərin də aşa biləcəyini göstərir.
“Goldman Sachs” bir ay əvvəl yaydığı hesabatda qeyd etmişdi ki, yalnız ABŞ Xəzinə istiqrazlarının fərdi investorların əlində olan hissəsinin 1%-i belə qızıla yönəlsə, onun qiyməti 5.000 dollara yaxınlaşa bilər.
Son məlumatlara görə, avqustun 29-dan bəri qızıl 12% bahalaşıb və ikinci ilə üçüncü rübün böyük hissəsində qaldığı 3.200–3.450 dollar aralığını aşaraq yüksəlib. Analitiklər bu artımı yay aylarındakı durğunluqdan sonra mərkəzi bankların alışları yenidən sürətləndirmə ehtimalı ilə izah edirlər. Onların fikrincə, spekulyativ mövqelər isə son yüksəlişin yalnız kiçik bir hissəsini açıqlayır.
Qızıl bu il əsas xammallar arasında ən yaxşı performans göstərənlərdən olub; ilin əvvəlindən bəri təxminən 50% bahalaşaraq 1980-ci ildəki inflyasiyaya görə düzəldilmiş rekord səviyyəni geridə qoyub. Bahalaşma həm mərkəzi bankların koordinasiyalı alışları, həm də ABŞ Federal Ehtiyat Sisteminin (Fed) yenidən faiz endirimlərinə başlaması ilə dəstəklənib.