Vaxt.Az

Ay ərzində iki görüş


 

ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir

Ay ərzində iki görüş ABŞ Maliyyə naziri Skott Bessent Çinlə keçiriləcək növbəti ticarət danışıqlarında “çox böyük irəliləyiş” gözlədiyini bildirib.

Bessent Tramp administrasiyasının Çinin soya idxalındakı azalmanın təsirini yaşayan amerikalı fermerlərə dəstək addımları atmasına baxmayaraq, danışıqlardan müsbət nəticə alına biləcəyinə inandığını vurğulayıb.

Nazir dünən “CNBC” telekanalına müsahibəsində, “Ən mühüm məqam ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında oktyabrda Cənubi Koreyada keçiriləcək regional sammit çərçivəsində baş tutacaq ikitərəfli görüş olacaq”, – deyib.

Bessent əlavə edib ki, Çin Baş nazirinin müavini Xe Lifenqlə aparılan və “beşinci raund” adlandırılan paralel ticarət müzakirələrində də “çox böyük bir irəliləyiş” gözlənilir.

 





03.10.2025    çap et  çap et