Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə ölkə komandalarının Avropa çempionatında kişi yığmamız gümüş medala yiyələnib.
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət Azərbaycan yığması turniri gümüş medalla başa vurub. Onlar son turda Serbiyaya məğlub olaraq, 13 xalla ikinciliklə kifayətlənməli olub. Ukrayna qızıl, Serbiya bürünc medala sahib çıxıb.
Qadınlardan ibarət yığmamız isə sonuncu görüşdə Polşaya yenilib – 1.5:2.5. Xanımlarımız turniri mükafatsız başa vurub.
çap et