Vaxt.az “Bloomberg”ə istinadən xəbəbr verir ki, Londonda likvidlik çatışmazlığı gümüş qiymətlərində qarışıqlığa səbəb olub. Bu durum, dünya miqyasında fiziki gümüş tələbinin artmasına gətirib çıxarıb.
Nəticədə Londondakı qiymətlər rekord səviyyələrə qalxıb və Nyu-York fyuçerslərini ötüb. Bu da qlobal bazarlarda qiymət uçurumuna səbəb olub. Daha sonra London qiymətləri enməyə başlayanda iki bazar arasındakı fərq azalsa da, borc dərəcələri hələ də yüksək səviyyədə qalır.
Yatırımçılar hazırda ABŞ hökumətinin “Bölüm 232” (Section 232) çərçivəsində apardığı strateji metallar araşdırmasının nəticəsini gözləyirlər. Bu araşdırma gümüş, platin və palladium kimi qiymətli metalları əhatə edir.
Aprel ayında bu metallara rəsmi istisna verilməsinə baxmayaraq, onların yenidən yeni tariflər siyahısına salına biləcəyi ehtimalı investorların narahatlığını artırıb.