Vaxt.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-la Çin arasında yenidən alovlanan ticarət müharibəsi, artan geosiyasi risklər və bazarlardakı yüksəliş dalğası fonunda aparıcı investisiya banklarının 2025 və 2026-cı illər üzrə qızıl proqnozlarını toplayıb. Beləliklə, bankların 2025–2026 bir unsiya üçün qızıl proqnozlarını təqdim edirik:
“Societe Generale”
2025-ci ilin sonu: 4.271 dollar/unsiya
2026-cı ilin sonu: 5.000 dollar/unsiya
Fransız bankına görə, qızılın dəyəri növbəti iki il ərzində artım trayektoriyasında qalacaq.
“JP Morgan”
2025-ci ilin sonu: 3.800 dollar
2026-cı ilin sonu: 4.390 dollar
ABŞ bankı 2025-də qısamüddətli eniş, 2026-da isə bərpa mərhələsi gözləyir.
“Bank of America Merrill Lynch” (BoA)
2025-ci ilin sonu: 3.750 dollar
2026-cı ilin sonu: 3.500 dollar
“BoA” proqnozunda qızılın ucuzlaşma meylli bir dövrə girəcəyini bildirir.
“Goldman Sachs”
2025-ci ilin sonu: 4.030 dollar
2026-cı ilin sonu: 4.815 dollar
“Goldman”a görə, qızıl 2025-də mülayim korreksiya, 2026-da isə yenidən yüksəliş yaşayacaq.
“Morgan Stanley”
2025-ci ilin sonu: 4.000 dollar
Bank, qızılın bu ilki rekordlardan sonra sabitləşmə mərhələsinə keçəcəyini düşünür.
***
“Bloomberg”in analizinə əsasən, bankların əksəriyyəti qızılın 2026-cı ilə qədər yüksək səviyyələrdə qalacağını, lakin 2025-ci ildə müəyyən düzəliş mərhələsi yaşana biləcəyini düşünür.
Bütün bu proqnozlar fonunda, analitiklər geosiyasi risklər və FED-in faiz siyasətinin qiymətli metallar üçün həlledici rol oynayacağını vurğulayırlar.
Qısacası, bazarlar üçün qiymət yüksəlişi hələ tam bitməyib, lakin 2025-də müvəqqəti soyuma dövrü istisna edilmir.