Vaxt.az “Bloomberg”ə istinadən xəbər verir ki, ticarət müharibələri, artan risklər və birjalardakı yüksəliş dalğası fonunda aparıcı investisiya banklarının 2025 və 2026-cı illər üzrə gümüş proqnozlarını toplayıb. Beləliklə, bankların bu ilin və gələn ilin sonları üçün bir unsiya gümüşün qiymət proqnozlarını təqdim edirik:
“JP Morgan”
2025-ci ilin sonu: 42,2 dollar
2026-cı ilin sonu: 46,2 dollar
Qısamüddətli korreksiya, ardınca təkrar yüksəliş gözlənilir.
“Peel Hunt LLP”
2025-ci ilin sonu: 47,5 dollar
2026-cı ilin sonu: 40 dollar
Britaniya mənşəli broker şirkətinə görə, gümüş 2026-da daha sərt geriləyə bilər.
“Bank of America Merrill Lynch” (BoA)
2025-ci ilin sonu: 40 dollar
2026-cı ilin sonu: 45 dollar
“BoA” qiyməli metalda dalğalı lakin sabitləşən bir bazar proqnozlaşdırır.
“Standard Chartered”
2025-ci ilin sonu: 35 dollar
2026-cı ilin sonu: 38,5 dollar
Bank gümüş üçün ən kəskin azalma ssenarisini təqdim edir.
“UBS”
2025-ci ilin sonu: 52 dollar
İsveçrə bankı qiymətin 50 dolların üzərində qalacağını gözləyir.
“Citibank”
2025-ci ilin sonu: 55 dollar
“Citi” qiymətli metalda ən nikbin proqnozu irəli sürərək, qiymətin rekord səviyyəyə çata biləcəyini bildirir.
***
“Bloomberg”in analizinə əsasən gümüşdə 2025-ci ilin ikinci yarısında eniş, 2026-cı ildən etibarən isə bərpa gözlənilir.
Bütün bu proqnozlar fonunda, analitiklər geosiyasi risklər və FED-in faiz siyasətinin qiymətli metallar üçün həlledici rol oynayacağını vurğulayırlar.
Qısacası, bazarlar üçün qiymət yüksəlişi hələ tam bitməyib, lakin 2025-də müvəqqəti soyuma dövrü istisna edilmir.