Dünən iki ölkə dəniz nəqliyyatı şirkətlərinə əlavə liman rüsumları tətbiq etməyə başlayıb. Beləliklə, dünyanın iki ən böyük iqtisadiyyatı arasında davam edən ticarət qarşıdurması dəniz daşımaları sektoruna da yayılıb.
“Bitcoin” və “Ether”də geriləmə
“Bitcoin” 110.023,78 dollara qədər enərək, sonradan 2,3% artma ilə 113.129 dollar səviyyəsində ticarət olunub. Halbuki dünyanın ən böyük kriptovalyutası 6 oktyabrda 126 min dolları aşaraq tarixi rekord səviyyəyə yüksəlmişdi.
“Ethereum” isə 3.900,80 dollara qədər düşüb. Sonradan 4.128,47-də qərarlaşıb. Kriptovalyuta isə oktyabrın 10-da həftəiçi zirvəsindən 12% geriləmə ilə 3.436,29 dollara qədər enmişdi.
“Altcoin”lərdə 80%-ə çatan itkilər
Analitiklər bildirir ki, “Bitcoin”dən başqa bütün kriptovalyutaları əhatə edən “altcoin”lər bu dalğalanmadan ən çox zərbə alan seqment olub. Bəzi birjalarda itkilər 80%-ə qədər yüksəlib.
Vaşinqtondakı “Monex USA” şirkətinin əməliyyat direktoru Xuan Peres (Juan Perez) vəziyyəti belə dəyərləndirib: “ABŞ ilə Çin arasındakı münasibətlər gərgin qaldığı müddətcə və fond bazarları texnologiya səhmlərinə bu qədər asılı olduqca, kriptovalyuta sektoru da çətinliklə üzləşəcək. Çünki kriptovalyutalar adətən digər bazar aktivlərinin yaxşı performans göstərdiyi dövrlərdə yüksəliş meyli nümayiş etdirir”.
Beləliklə, bazarlarda təhlükəsizlik meyli güclənərkən, investorların riskli aktivlərdən uzaqlaşması kriptovalyutalarda ən sərt enişlərdən birinə səbəb olub.