Vaxt.Az

Qızılın bahalaşdığı ərəfədə mədən çökdü


 

Venesueladakı faciədə 14 nəfər həlak oldu

Qızılın bahalaşdığı ərəfədə mədən çökdü Cənubi Amerika ölkəsi Venesuelada güclü yağışlar səbəbilə qızıl mədəni çöküb. Hadisə nəticəsində ən azı 14 nəfər həyatını itirib.

Hadisə oktyabrın 12-də ölkənin cənubundakı El Kallao (El Callao) bölgəsində qeydə alınıb. Yerli rəsmilərin məlumatına görə, yalnız bir neçə saat davam edən şiddətli yağışlar fəlakətə səbəb olub və mədən torpaq sürüşməsi nəticəsində çöküb.

Mədən sahəsində üç ayrı şaxtadan cansız cəsədlərin çıxarıldığı bildirilib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir və mədən altında qalan bir neçə işçinin həyatda olma ehtimalı var.

Rəsmilər həmçinin, mədəni su basdığı üçün pompaj işlərinin fasiləsiz davam etdiyini açıqlayıblar.

Təxminən 30 min nəfərin yaşadığı El Kallao şəhərinin iqtisadiyyatı əsasən qızıl hasilatına söykənir. Son illərdə bölgədə qeyri-rəsmi mədənçilik fəaliyyətlərinin artması səbəbindən oxşar faciələrin baş verdiyi bildirilir.

 





15.10.2025    çap et  çap et