Vaxt.Az

Pensiyalar 6 avro artacaq


 

Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir

Pensiyalar 6 avro artacaq Fransada hər il noyabrın 1-də həyata keçirilən “Agirc-Arrco” pensiya artımı bu il də gündəmdədir. Ölkənin özəl sektor təqaüdçülərini əhatə edən bu sistem üzrə 2025-ci il üçün 0,6–1% arası artım nəzərdə tutulur.

Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, “Agirc-Arrco” sistemini birgə idarə edən işəgötürən və həmkarlar ittifaqı nümayəndələri oktyabrın 17-də yekun qərar verəcəklər. Normalda artım sentyabr ayı inflyasiya göstəricisinə əsaslanır. Fransanın Milli Statistika İnstitutu (Insee) bu göstəricini 1% olaraq açıqlayıb.

Lakin sistemin maliyyə dayanıqlılığını qorumaq məqsədilə hər il müəyyən olunan “dayanıqlılıq faktoru”nun bu dəfə 0,4 bənd səviyyəsində olması gözlənilir. Bu isə artımın 0,6%-də məhdud qalacağı ehtimalını gücləndirir.

“Agirc-Arrco” sistemindən təqaüd alanların orta aylıq maaşı təxminən 600 avro təşkil edir. Buna görə, gözlənilən artım nəticəsində pensiyalar aylıq 3,6–6 avro aralığında yüksələcək.

Bu rəqəm keçmiş illərlə müqayisədə bu göstərici olduqca aşağıdır:

Belə ki, artım 2022-ci ildə 5,2%, 2023-cü ildə 4,9%, 2024-cü ildə isə 1,6% olmuşdu.

Fransa baş naziri Sebastyen Lekornu ümumi pensiya sistemi çərçivəsində bəzi maaşların — xüsusən yüksək gəlirli təqaüdçülərin maaşlarının — dondurula biləcəyini açıqlayıb.

Beləliklə, təqaüd artımı 2025-ci ilin son rübündə təqaüdçülər üçün yeganə maaş artımı kimi önə çıxa bilər.

 





15.10.2025    çap et  çap et