Vaxt.AZ yerli mətbuata istinadən xəbər verir ki, Belçikanın üç böyük həmkarlar ittifaqı Baş nazir Bart De Veverin təqaüd və səhiyyə sistemləri büdcələrində ixtisarlar planlarına qarşı etiraz aksiyası və ölkə üzrə tətil tədbirləri təşkil etdi.
De Vever Belçikanın iqtisadi problemlərinin öhdəsindən gəlmək üçün dövlət xərclərində ciddi kəsintilər edəcəyinə söz vermişdi.
Brüsseldə şəhər mərkəzində polis ilə nümayişçilər arasında kiçik miqyaslı toqquşmalar baş verdi. Bəzi etirazçılar baraban və şeypur çalaraq sosial yardım proqramlarında ediləcək kəsintilərə qarşı şüarlar səsləndirdi.
Rəsmi şəxslər olaylar böyüməzdən əvvəl bəzi şəxslərin zorla avtobuslara mindirilərək ərazidən uzaqlaşdırıldığını bildirdi.
Təşkilatçılar iştirakçı sayını 150 mindən çox kimi qiymətləndirsə də, polis sayın aksiyaya qoşulanların 80 min olduğunu açıqladı.