Vaxt.AZ-ın məlumatına görə, partlayış nəticəsində xəsarət alan Elnur Qurbanov vəziyyətinin kritik olmasına görə gecə saatlarında ağır vəziyyətdə Bakıdakı hospitalların birinə gətirilib. Həkimlərin səylərinə baxmayaraq 36 yaşlı şəxsin xilas etmək mümkün olmayıb.
Bədəninin 80 faizi yanan mərhumun nəşi bu gün Gəncə şəhərinə aparılacaq. Evli olan Elnur Qurbanov 2 övlad atası idi.
Qeyd edək ki, E.Qurbanov həmin evdə usta kimi çalışıb. İlkin ehtimallara görə, hadisə ustanın dəlikləri dolduraraq hamar səth yaratmaq üçün istifadə etdiyi nitrosellüloza əsaslı dolğunun alışıb partlaması nəticəsində baş verib.
Mebellərdə, parket və müxtəlif taxta materialların səthində tətbiq olunan həmin dolğunun alovlanma təhlükəsi cəmi 21 dərəcədir.
Faktla bağlı araşdırmalar davam etdirilir.