Vaxt.Az

““COVİD” kimi yayılır”


 

Avropada heyvanlar arasında təhlükəli epidemiya

““COVİD” kimi yayılır” Almaniyada xüsusilə fermalardakı heyvanlara təsir edən yoluxucu xəstəlik yayılmağa başlayıb. Mütəxəssislər, xəstəliyin sürətlə yayılması və təsir dairəsinin genişliyi səbəbindən “Covid”lə eyniləşdirilir.

Vaxt.AZ yerli mediaya istinadən xəbər verir ki, epidemiya əsasən inəklər, qoyunlar və keçilər arasında yayılır. Xəstəlik Bavyariya əyalətinin Dinqolfinq-Landau bölgəsində aşkar edilib. Rəsmilər hadisənin ciddiliyini təsdiqləyərək, xüsusilə buzovların tələf olması və heyvanların dillərində mavi rəng dəyişikliklərinin müşahidə olunduğunu bildiriblər.

Mütəxəssislər bu heyvan xəstəliyinin insanlara keçmədiyini xüsusilə vurğulayır. Ət, süd və süd məhsullarının istehlakı ilə bağlı hər hansı sağlamlıq riski yoxdur. Hazırda qida təhlükəsizliyi qorunmuş hesab olunur.

Xəstəliyin heyvandarlıq sektoruna iqtisadi təsiri və görüləcək tədbirlər qarşıdakı günlərdə dəqiqləşəcək.

 





15.10.2025    çap et  çap et