Vaxt.Az

Avropada təhlükəli qida əlavəsi


 

“DroomSap” epilepsiyaya səbəb ola bilər

Avropada təhlükəli qida əlavəsi Avropa ölkələri səhiyyə orqanları yuxu problemlərinə qarşı istifadə olunan “DroomSap” qida əlavəsinin ciddi yan təsirlərə səbəb olduğunu bildirir. Məhsul yalnız onlayn satılır və tərkibində doksilamin adlı maddə var.

Vaxt.AZ xarici mətbuata istinadən xəbər verir ki, səhiyyə qurumları rəsmi şikayətlər aldığını açıqlayıb. Şikayətlərdə epileptik tutmalar, ürək çırpıntısı, halüsinasiyalar, konsentrasiya pozğunluğu və göz içi təzyiqinin artması kimi problemlər qeyd edilib.

Təkcə Hollandiya Milli Mərkəzinə (NVIC) isə 30-dan çox oxşar şikayət daxil olub. Şikayət edənlər arasında uşaqlar və yeniyetmələr də var. Əksər hallarda dərmanı dayandırdıqdan sonra şikayətlər aradan qalxıb.

“DroomSap” qida əlavəsi kimi təsnif edilib, çünki doksilamin miqdarı aşağıdır. Əgər miqdar yüksək olsaydı, yalnız həkim resepti ilə satıla bilərdi. Səhiyyə qurumları məsələ ilə bağlı Hollandiya Qida və İstehlak Məhsulları Təhlükəsizliyi Agentliyini (NVWA) məlumatlandırıb və məhsulun satışına nəzarət üçün araşdırma başlanması nəzərdən keçirilir.

 





15.10.2025    çap et  çap et