Vaxt.Az

Aclıq təhlükəsi 673 milyona çatıb


 

FAO 55 ölkədə 43 milyon insana yardım göstərib

Aclıq təhlükəsi 673 milyona çatıb Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2024-cü il sonu üzrə qlobal aclıq statistikalarını açıqlayıb. Hesabatlara görə, dünya üzrə təxminən 673 milyon insan aclıqla üz-üzədir.

Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, hər il oktyabrın 16-da qeyd edilən Dünya Qida Günü, sağlam qidaya çıxışı olmayan milyonlarla insana diqqət çəkir. FAO bu ilki tədbirin mövzusunu “Daha yaxşı qida, daha yaxşı gələcək üçün əl-ələ” olaraq müəyyən edib.

Qlobal qida təhlükəsizliyi ciddi böhran içindədir – 2,6 milyard insan sağlam qidalanma təmin edə bilmir, artan piylənmə və qida israfı isə bolluq və yoxsulluğun yan-yana mövcud olduğunu göstərir.

FAO 2024-cü ildə 75 ölkədə 43 milyon insana təcili kənd təsərrüfatı yardımı göstərib. Müharibələr 20 ölkədə 140 milyon insana təsir edən qida qeyri-təhlükəsizliyinin əsas səbəbi olaraq qalır. Təşkilat bir çox ölkəyə – Haitidə 100 min insana toxum, alət və heyvan yardımı, su anbarları və sulama sistemləri; Sudansa 2,8 milyon insana 10 ton bamiyə (bitki) toxumu və heyvanların peyvəndlənməsi; Ukraynada 291 min ailəyə kənd təsərrüfatı yardımı, 32 min hektarlıq torpağın mina təmizlənməsi və bərpası; Yəmənda 140 min ailəyə toxum, alət və heyvan yemi yardımı edib.

FAO bildirir ki, kənd təsərrüfatı sistemləri həm qida təminatını, həm də karbon qazı tullantılarını azaltmaq imkanını təqdim edir. Qlobal əhali artdıqca sərhədlərarası və sektorlararası əməkdaşlıq, yeni ideyalar və investisiyalar daha da əhəmiyyətli olur.

Təşkilatın vurğuladığı əsas məsələ, hər kəs üçün qida təhlükəsizliyi təmin edilmiş bir dünya yaratmaq üçün praktik və davamlı həllərin önəmini artırmaqdır.

 





15.10.2025    çap et  çap et