Vaxt.Az

ABŞ pasportu qüdrətini itirir


 

20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı

ABŞ pasportu qüdrətini itirir “Henley” Pasport İndeksi 2025-ci il siyahısını açıqlayıb. 20 illik tarixində ilk dəfə ABŞ pasportu dünyanın ən güclü 10 pasportu arasında yer almır. ABŞ və Malayziya 180 ölkəyə vizasız giriş imkanı ilə 11-ci sırada qərarlaşıb.

Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, siyahının zirvəsində Asiya ölkələri yer alıb: İlk yeri 193 ölkə Sinqapur, ikinci Cənubi Koreya (190), üçüncü yerdə isə Yaponiya (189) qərarlaşıb.

ABŞ-ın mövqeyinin zəifləməsinin səbəbləri arasında viza siyasətində dəyişikliklər göstərilir. Məsələn, Braziliya ABŞ, Kanada və Avstraliya vətəndaşlarından vizanı yenidən tələb etdi, Çin isə ABŞ-ı vizasız giriş siyahısına daxil etmədi. Həmçinin, Papua Yeni Qvineya, Myanmar, Somali və Vyetnamın dəyişən giriş siyasətləri də ABŞ-ın mövqeyini zəiflətdi.

“Henley & Partners”in rəhbəri Kristian Kilin bildirib ki, “ABŞ pasportunun zəifləməsi yalnız reytinq dəyişikliyi deyil, qlobal hərəkətlilik və yumşaq güc dinamikasında dərin dəyişikliklərin göstəricisidir”.

İngiltərə pasportu da 8-ci sıraya enib.

Çin pasportunun reytinqi 2015-ci ildə 94-cü sıradan 2025-ci ildə 64-cü sıraya yüksəlib. 37 yeni ölkəyə vizasız giriş imkanı qazanıb.

BƏƏ son on ildə 34 pillə yüksələrək 8-ci sıraya çatıb.

 

2025-ci ilin ən güclü pasportları (qısa siyahı)

1. Sinqapur – 193 ölkə

2. Cənubi Koreya – 190

3. Yaponiya – 189

4. Almaniya, İtaliya, Lüksemburq, İspaniya, İsveçrə – 188

5. Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Hollandiya – 187

6. Yunanıstan, Macarıstan, Yeni Zelandiya, Norveç, Portuqaliya, İsveç – 186

7. Avstraliya, Çexiya, Malta, Polşa – 185

8. Xorvatiya, Estoniya, Slovakiya, Sloveniya, BƏƏ, Böyük Britaniya – 184

9. Kanada – 183

10. Latviya, Lixtenşteyn – 182

11. ABŞ, Malayziya – 180

 





15.10.2025    çap et  çap et