Hər iki kukla heyvan fiqurları şəklində – Guril və ya donuz formasında hazırlanıb.
Amma əsas qalmaqal bu oyuncaqlara verilən adlardan qaynaqlanıb.
Fars molla rejimi mənsubları deyir ki, “Mürtəza” və “Mərziyə” adını bu ouncaqlara vermək dini dəyərlərə təhqirdir.
Tehran prokuroru dərhal göstəriş verərək, bu oyuncaqların istehsal və satışdan çıxarılmasını və onları hazırlayan şəxslərin müəyyən olunmasını və cəzalandırılmasını tələb edib.
“Əmr be məruf və nəhy əz münkər” qurumu isə bəyan edib ki, bu məhsulların satışı “Dijikala” və digər onlayn mağazalarda dayandırılıb.
Sosial şəbəkələrdə isə vəziyyət tam fərqlidir – minlərlə istifadəçi rejimin bu reaksiyasını məsxərəyə qoyaraq, “Bir rejim ki, plastik oyuncaqlardan belə qorxur, demək, onun ideoloji dayaqları çökür”, – yazıb.