Vaxt.Az

100 illik pivə zavodu iflas oldu


 

Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar

100 illik pivə zavodu iflas oldu Almaniyanın Bavyera əyalətində Oberpfalz bölgəsində yerləşən 100 illik pivə istehsalçısı “Genossenschaftsbrauerei Rötz” artan xərclərə davam gətirə bilməyərək, özünü iflas elan edib. Şirkət, Regensburq Məhkəməsi vasitəsilə rəsmi iflas proseduruna başlayıb.

Vaxt.AZ yerli mediaya istinadən xəbər verir ki. şirkət rəhbəri Rozemarie Lankes bildirib ki, iflasın əsas səbəbləri arasında enerji xərclərinin kəskin artması, xammal qiymətlərinin üç dəfə yüksəlməsi və sektorda ümumi gəlirin azalması dayanır. “Rötz Pivə Kooperativi” uzun illər boyu bölgə sakinləri tərəfindən dəstəklənən və ənənəvi üsullarla istehsal edən bir marka kimi tanınıb.

İflas prosesində vəkil Hans-Peter Lehner müvəqqəti iflas meneceri təyin olunub. Zavod hazırda istehsala davam edir və 19 işçinin maaşları noyabr ayına qədər təmin edilib.

Rəsmi şəxslər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar. Xüsusilə zavodun tarixi binasının qorunması və markanın yenidən qurulması üçün danışıqlar aparılır.

“Rötz” pivə zavodunun gələcəyi hələ də qeyri-müəyyən olsa da, bölgə sakinləri və müştərilər bu tarixi markanın fəaliyyətini davam etdirəcəyinə ümid edirlər.

 





15.10.2025    çap et  çap et