Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyada səfərdədir. H.Hacıyev Berlində Almaniya Federal Kanslerinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Günter Sautter ilə görüşüb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi “X” sosial şəbəkəsində rəsmi səhifəsində məlumat verib: “Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub”.
Paylaşımda həmçinin qeyd olunub ki, regionda yaranmış yeni sülh dövrü, həm ikitərəfli əlaqələrin inkişafı, həm də Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açır.
çap et