Vaxt.Az

Hikmət Hacıyevin Berlin görüşləri davam edir


 

Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb

Hikmət Hacıyevin Berlin görüşləri davam edir Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyada səfərdədir. H.Hacıyev Berlində Almaniya Almaniyanın Xarici İşlər Nazirliyinin Dövlət katibi Geza Andreas fon Geyr (Géza Andreas von Geyr) ilə görüşüb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi “X” sosial şəbəkəsində rəsmi səhifəsində məlumat verib: “Biz Almaniyanın Xarici İşlər Nazirliyinin Dövlət katibi Geza Andreas fon Geyr ilə regional məsələləri, bölgədə sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən əlaqələndirmə layihələrini müzakirə etdik. Azərbaycan həmişə Almaniya ilə dostluq və yaxşı münasibətlərə malik olub”.

 





15.10.2025    çap et  çap et