Vaxt.Az

Türkiyə konsulluğu təxliyə olunub


 

XİN rəhbəri «Twitter» hesabında Bəsrədən də yazıb

Türkiyə konsulluğu təxliyə olunub «Hurriyyet Daily News» xəbər verir ki, Türkiyənin İraqın Bəsrə şəhərindəki konsulluğu təhlükəsizlik səbəbindən təxliyə edilib. Baş konsul da daxil olmaqla, konsulluğun 18 əməkdaşı Küveytə aparılıb. Xəbəri iyunun 17-də xarici işlər naziri Əhməd Davudoğlu öz «Twitter» hesabında yayıb.


«İraq Böhranı Mərkəzi və Bağdad Səfirliyi əməkdaşlarımızı İraqın təhlükəli bölgələrindən çıxarmaq üçün 24 saat vəzifə başında olublar. Türkiyə vəziyyətin qaydaya salınması üçün iraqlı qardaşlarımıza kömək göstərməyə hazırdır», - o yazıb.

Xatırladaq ki, iyunun 9-da Türkiyənin Mosul Konsulluğunun 49 üzvü və 31 yük avtomobili sürücüsü «İraq Şam İslam Dövləti» (İŞİD) qrupu tərəfindən oğurlanmışdı. Ötən həftəsonu sürücülərdən biri qaçmağa müvəffəq olub.

Xarici İşlər Nazirliyinin yaratdığı «Böhran mərkəzi» Bağdad səfirliyinin təxliyə planının hazırlandığını bildirib. Buna baxmayaraq, Davudoğlu bildirib ki, səfirlik türk vətəndaşlarının İraqdan təhlükəsiz çıxarılması üçün operativ fəaliyyətinə davam etməlidir.

İyunun 17-də baş nazir Rəcəb Tayyip Ərdoğan qaçırılmış vətəndaşların buraxılması üçün «gərgin səy» göstərildiyini bildirib. Baş nazir İraq hökumətini Mosul konsulluğunu qoruya bilmədiyinə görə günahlandırıb.

 





18.06.2014    çap et  çap et