Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyada səfərdədir. Hikmət Hacıyevin səfər çərçivəsində Almaniya hökumət üzvləri və rəsmiləri ilə görüşləri davam edir.
“Bu gün Almaniya parlament cəmiyyətinin nüfuzlu şəxsləri – Alman hökumətinin, Bundestaqın, beyin mərkəzlərinin və aparıcı media qurumlarının tanınmış nümayəndələri ilə maraqlı müzakirə keçirdik”, – deyə Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki rəsmi hesabında yazıb.
Azərbaycan Prezidentinin köməkçisi daha sonra qeyd edir ki, “Görüşdə Azərbaycanın dəyişən regional və qlobal dinamikalar fonunda sülhün, sabitliyin və əlaqələrin möhkəmlənməsində oynadığı həlledici roldan danışdıq”.
çap et