Vaxt.Az

“Ticarət müharibəsi gedir”


 

Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”

“Ticarət müharibəsi gedir” Ağ Evdə çıxış edən ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında artan ticarət gərginliyini və gömrük rüsumlarını dəyərləndirərək, yaxın həftələrdə Çin Prezidenti Si Cinpinqlə keçirəcəyi görüşdə razılaşma əldə olunmasa, vəziyyətin daha da uzana biləcəyini qeyd edib.

“Hazırda müharibə içindəyik. Əgər gömrük vergilərimiz olmasaydı, müdafiəmiz də olmazdı”, – deyə Tramp bildirib.

O, gömrük rüsumlarının həm milli müdafiə, həm də təhlükəsizlik üçün mühüm alət olduğunu vurğulayıb və əvvəlki administrasiyaların bu vasitədən istifadə etməməsini tənqid edib.

Tramp gömrük rüsumlarının ABŞ-a trilyonlarla dollar qazandırdığını və eyni zamanda sülhün qorunmasında mühüm rol oynadığını söyləyib: “Əgər gömrük vergiləri olmasaydı, dünyada müharibələr davam edərdi. Bu gün rüsumlar sayəsində Rusiyadan başqa heç bir müharibə qalmayıb”.

Prezident, hazırda Ali Məhkəmədə baxılan tariflərə dair böyük məhkəmə işinin ölkə tarixindəki ən mühüm proseslərdən biri olduğunu qeyd edib: “Bu davanı uduzsaq, illərlə zəif, problemlərlə dolu və maliyyə baxımından qarışıq vəziyyətdə qalacağıq. Bu, Amerika üçün fəlakət olar”.

Tramp əlavə edib ki, ABŞ-a qarşı gömrük tarifləri tətbiq edən digər ölkələrin bu hüquqa malik olmasına baxmayaraq, Amerikaya eyni imkandan istifadə etməyə icazə verilməməsi ədalətsizlikdir.

Donald Tramp Ali Məhkəmədəki prosesi şəxsən izlədiyini deyib: “Bunu daha əvvəl heç etməmişəm, amma bu, indiyə qədərki ən vacib işlərdən biridir. Çünki əks halda biz dünya qarşısında müdafiəsiz qalacağıq”.

 





16.10.2025    çap et  çap et