Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib. Vaxt.AZ “Bakupost”a istinadən xəbər verir ki, bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların vəziyyətini ağır qiymətləndirib.
Hadisənin motivləri və təfərrüatı araşdırılır.
Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.
***
“Qafqazinfo”nun məlumatına görə, hər iki şəxs ayaq nahiyələrindən güllələnib və həyatları üçün təhlükə yoxdur.
çap et