Vaxt.AZ xəbər verir ki, Maliyyə Nazirliyindən adının çəkilməsini istəməyən bir rəsmisi “Bloomberg”ə bildirib ki, bu xərc təxminləri Ağ Ev İqtisadi Məsləhət Şurası tərəfindən hazırlanan hesabat əsasında müəyyən edilib.
Maliyyə naziri Bessent keçirdiyi mətbuat konfransında hökumətin bloklanmasının artıq ABŞ iqtisadiyyatının “həyat toxumasına” zərər vurmağa başladığını qeyd edib.
O əlavə edib ki, süni intellekt də daxil olmaqla investisiya dalğasının ABŞ iqtisadiyyatında davamlı və yeni başladığını nəzərə alsaq, federal hökumətin bağlanması getdikcə daha böyük bir əngəl rolunu oynayır.