ABŞ Müdafiə Nazirinin müavini və Nazirlik sözçüsü Şon Parnell dünən bildirib ki, Müdafiə Naziri Pit Heqsetin təyyarəsi ön şüşədəki çatlaq səbəbindən İngiltərəyə fövqəladə eniş edib. Heqset NATO müdafiə nazirləri toplantısına qatıldıqdan sonra ABŞ-a qayıdırmış.
Vaxt. AZ xəbər verir ki, Parnell “X” platformasında paylaşdığı açıqlamada, “Təyyarə standart prosedurlara uyğun şəkildə endi və Heqset də daxil olmaqla təyyarədəki hər kəs təhlükəsizdir”, – bildirilib.
çap et