Vaxt.AZ Ruterlər (router) və mobil telefonlar məlumat mübadiləsi apararkən daima şifrələnməmiş siqnallar ötürür. Alimlərin hazırladığı süni intellekt sistemi bu siqnalların otaq daxilində yayılma formasını analiz edərək, sanki işığın kamera vasitəsilə yaratdığı kimi, bir “kölgə təsviri” formalaşdıra bilir. Beləcə, otaqda olan insanların siluetləri ayırd edilə bilir.
197 nəfərin iştirak etdiyi sınaqlarda sistemin demək olar ki, 100%-lik dəqiqliklə işlədiyi bildirilib. Tədqiqat qrupunun üzvü Torsten Ştrufe (Thorsten Strufe) xəbərdarlıq edib: “Hər hansı yerdə aktiv ‘Wi-Fi’ cihazının olması casusluq üçün kifayətdir”. Yəni, adi bir ruter sahibinin xəbəri olmadan bir növ “casus” funksiyasını daşıya bilər.
Bu texnologiyanın ən diqqətçəkən tərəfi onun üçün xüsusi avadanlıq tələb olunmamasıdır. Sadəcə bir modem, telefon və ya noutbuk belə kifayətdir. Mütəxəssislərin fikrincə, bu vəziyyət “Wi-Fi” texnologiyasını potensial izləmə vasitəsinə çevirə bilər.
Tədqiqatçılar mümkün riskləri azaltmaq üçün yeni təhlükəsizlik protokollarının və daha güclü şifrələmə sistemlərinin hazırlanmasına çağırış ediblər.
Artıq məxfiliyimizi təhdid edən təkcə kameralar deyil. Ətrafımızda görünməz şəkildə hərəkət edən “Wi-Fi” dalğaları da bizi izləyə bilər.