Vaxt.Az

Şəhriyar Məmmədyarov qaralarla oynayacaq


 

Dünya çempionumuz məğlub olmayıb

Şəhriyar Məmmədyarov qaralarla oynayacaq Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın 8-ci günündə Şəhriyar Məmmədyarov növbəti görüşünə çıxacaq.

Turnirdə ardıcıl 6 dəfə heç-heçə edən və yalnız 1 qələbə qazanan qrossmeysterimiz liderə qarşı mübarizə aparacaq. Məmmədyarovun rəqibi israilli şahmatçı Boris Gelfand olacaq.
Digər görüşlərdə isə Aleksandr Morozeviçlə Fabiano Karuana, Dmitri Andreykinlə Sergey Karyakin, Vişvanatan Anandla Vladimir Kramnik və Maqnus Karlsenlə Hikaru Nakamura münasibətlərinə aydınlıq gətirəcəklər.

8-ci turun görüşləri
Aleksandr Morozeviç (Rusiya, 2760) - Fabiano Karuana (İtaliya, 2774)
Dmitri Andreykin (Rusiya, 2713) - Sergey Karyakin (Rusiya, 2782)
Vişvanatan Anand (Hindistan, 2786) - Vladimir Kramnik (Rusiya, 2803)
Boris Gelfand (İsrail, 2755) - Şəhriyar Məmmədyarov (2753)
Maqnus Karlsen (Norveç, 2864) - Hikaru Nakamura (ABŞ, 2784)

Xal durumu: Gelfand –5, Nakamura – 4,5, Məmmədyarov, Karlsen, Andreykin – 4, Karuana, – 3,5, Karyakin –3, Anand, Morozeviç – 2,5, Kramnik – 2.
Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.

 





22.06.2013    çap et  çap et