Vaxt.Az

Trampdan təriflədiyi Meloniyə zərbə


 

İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında

Trampdan təriflədiyi Meloniyə zərbə Donald Trampın iqtidara dönüşü ilə başlayan yeni ticarət savaşı, bu dəfə İtalyan makaron sənayesini vurdu. ABŞ Ticarət Nazirliyi 13 növ italyan makaronuna 91,7%-lik müvəqqəti gömrük vergisi tətbiq edib. Qərar təsdiqlənsə, 2026-cı ildən qüvvəyə minəcək və 2024-cü ildə ABŞ-a 700 milyon avro dəyərində makaron ixrac edən İtaliya üçün ağır zərbə olacaq.

“Unione Italiana Food” rəhbəri Marqarita Mastromauro bu addımı “İtalyan məhsuluna qarşı ədalətsiz tədbir” adlandırıb. Onun sözlərinə görə, bu qədər yüksək vergi şirkətlərin ixracını tam dayandıra bilər.

İtalyan şirkətləri – “Garofalo” və “La Molisana” – artıq qərara qarşı məhkəmə iddiası qaldırıblar. Roma hökuməti və Avropa Komissiyası da məsələyə müdaxilə etməyə başlayıb, lakin bu, siyasi deyil, hüquqi xarakterli mübahisə kimi qiymətləndirilir.

İtaliyanın kənd təsərrüfatı naziri bu qərarı pisləyib. Vaşinqtondakı İtaliya rəsmiləri də vergilərin “nizamsız və əsassız” olduğunu bildirərək ABŞ hökumətinə etiraz təqdim ediblər.

Brüssel isə məsələnin Dünya Ticarət Təşkilatına (DTT) daşına biləcəyini istisna etmir. AB rəsmiləri, anti-dempinq istintaqında səhvlər aşkar edilərsə, cavab addımlarının mümkün olduğunu deyir.

Tramp administrasiyasının məqsədinin İtaliyanı hədəf almaq yox, daxili ticarət qurumları arasındakı rəqabətin nəticəsi ola biləcəyi qeyd olunur.

 





17.10.2025    çap et  çap et