Vaxt.Az

Qızıldan daha bir rekord – 4300 dollar həddi də keçildi


 

Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır

Qızıldan daha bir rekord – 4300 dollar həddi də keçildi ABŞ-da regional banklarda qeydə alınan zəiflik siqnalları, qlobal ticarət gərginliyi və faiz endirimi gözləntilərinin artması fonunda təhlükəsiz investisiya aləti kimi tələbin güclənməsi nəticəsində tarixi yüksəlişini davam etdirir.

Dünən 4 300 dollar səviyyəsini keçən qızıl bu gün səhər saatlarında 4390,25 dollarla yeni rekord müəyyən edib. Hazırda qiymət 4 358,96 dollar səviyyəsindədir ki, bu da əvvəlki günə nisbətən 0,7% artım deməkdir.

Qızıl bu həftə ərzində təxminən 8,5% bahalaşıb — bu, 2020-ci ilin martından bəri qeydə alınan ən böyük həftəlik artımdır. Ayın əvvəlindən bu yana qiymət 13%, ilin əvvəlindən etibarən isə 66%-dən çox yüksəlib.

“KCM Trade” şirkətinin baş analitiki Tim Vaterer bildirib ki, qızıl 4500 dollarlıq səviyyə gözləniləndən tez gələ bilər, lakin bu, ABŞ-Çin ticarət münasibətləri və hökumətin bağlanması təhlükəsinin nə qədər davam edəcəyindən asılı olacaq.


 





17.10.2025    çap et  çap et