Vaxt.Az

Fransada milyonlarla xəstəyə zərbə


 

Şəkərli diabet və xərçəngdən əziyyət çəkənlərin müavinətinə vergi qoyulacaq

Fransada milyonlarla xəstəyə zərbə Fransa hökuməti uzunmüddətli xəstəlikdən əziyyət çəkənlərə ödənilən müavinətlərin vergiyə cəlb olunmasını planlaşdırır. İslahat qüvvəyə minərsə, 13,7 milyon fransızın gəliri ciddi şəkildə azalacaq.

Vaxt.AZ xəbər yerli mediaya istinadən verir ki, hazırda şəkərli diabet, xərçəng və skleroz kimi xəstəliklərdən əziyyət çəkən və “uzunmüddətli xəstəlik” (Affection de Longue Durée – ALD) statusuna malik vətəndaşlar bu ödənişlərdən gəlir vergisindən azaddır. Lakin hökumətin 2026-cı il büdcə layihəsində bu vergi güzəştinin ləğvi və ya məhdudlaşdırılması nəzərdə tutulur.

Maliyyə Təftiş İdarəsinin (IGF) tövsiyəsi ilə irəli sürülən dəyişiklik vergi istisnalarının azaldılması və büdcə tarazlığının bərpası məqsədi ilə əsaslandırılıb.

Ancaq sosial təşkilatlar bu addımı kəskin tənqid edərək bildirir ki, dövlətin sosial həmrəylik öhdəliyini zəiflədən bu qərar, xəstələri iqtisadi cəhətdən daha ağır duruma salacaq.

Ekspertlərin fikrincə, layihə qəbul olunarsa, Fransada sosial ədalət prinsipi zərbə alacaq, xroniki xəstələr isə əlavə maliyyə yükü ilə üzləşəcək.

 





17.10.2025    çap et  çap et