«Mənim tapşırığımla atəşkəsin dayandırılması ilə bağlı plan başlayır. Bundan dərhal sonra qısa müddət ərzində sülh planının həyata keçirilməsi üçün Donbas hadisələrinin bütün iştirakçılarından dəstək almalıyıq», - deyə prezident bildirib.
Prezident deyib ki, atəşkəs qısamüddətli olacaq və bu müddət ərzində separatçılar silahlarını yerə qoymalı, həmçinin regionda qayda-qanun bərpa olunmalıdır.