Vaxt.Az

Iraqda siyasi sui-qəsd


 

Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü

Iraqda siyasi sui-qəsd Iraqın Bağdad ətrafındakı Tərmiyə bölgəsində baş verən partlayışda noyabrın 11-nə planlaşdırılan parlament seçkilərində namizəd olan Səfa əl-Məşhədani həlak olub. Hadisə, ölkədə uzun illər sonra ilk dəfə bir seçki namizədinə qarşı bombalı hücum olaraq qeydə alınıb.Vaxt.AZ yerli mediaya istinadən xəbər verir ki, sui-qəsddə Məşhədani ilə birlikdə olan dörd köməkçisi yaralanıb. Bu seçki prosesinin şiddətə çevrilə biləcəyi qorxularını artırıb. Bağdad Əməliyyatlar Komandanlığı Baş nazir Məhamməd Şiya əs-Sudaninin göstərişi ilə dərhal araşdırma başladıldığını açıqlayıb. Video görüntülərdə Məşhədaninin avtomobilindən alovlar yüksəldiyi görünür. Sui-qəsd namizədin partiya toplantısından qayıtdığı zaman baş verib.

Tərmiyə bölgəsi Məşhədaninin doğma yeri olmaqla yanaşı, son illərdə bombalı hücumla əlaqəli şübhəli silahlı qrupların fəaliyyət göstərdiyi bir ərazi olub. Hadisəyə yerli ictimaiyyət və siyasətçilər, xüsusən Sünni və Şiə qrupları arasındakı siyasi rəqabət və hakimiyyət mübarizəsi kontekstində baxılır və onu siyasi sui-qəsd kimi qiymətləndirilir.

 





17.10.2025    çap et  çap et