Vaxt.Az xəbər verir ki, bu xəbərin yayıldığı vaxtda ABŞ Prezidenti Donald Tramp “HƏMAS” atəşkəsə razılaşmasına əməl etməsə, İsrail Baş naziri Benyamin Netanyahuya Qəzza əməliyyatlarını bərpa etməsinə icazə verə biləcəyini bildirib. Tramp CNN-ə verdiyi açıqlamada, İsrail ordusunun onun sözünə əsasən əməliyyatlara tezliklə qayıda biləcəyini qeyd edib.
Tramp qısa telefon açıqlamasında ““HƏMAS” ilə bağlı məsələlər qısa müddətdə həll ediləcək” deyib. Bu bəyanatlar, İsrailin HƏMAS”ı əsir mübadiləsi anlaşmasına əməl etməməkdə günahlandırmasından sonra verilib.
Trampın 20 maddəli sülh planının dördüncü maddəsinə görə, razılaşmanı qəbulundan 72 saat ərzində bütün sağ və ölü əsirlər geri qaytarılmalıdır. Bu səhərədək “HƏMAS” 20 sağ İsrailli əsir geri qaytarılıb, lakin meyitlərdən dördünü təhvil verə bilib. İsrail ordusu əsirlərdən birinin İsrailə aid olmadığını açıqlayıb.
“HƏMAS”ın hərbi qanadı “Qəssam Briqadaları” dünən axşam daha iki meyiti təhvil verib, İsrail ordusu isə “Qızıl Xaç”ın meyitləri qəbul etdiyini təsdiqləyib.
ABŞ Prezidenti daha əvvəl “HƏMAS”ın silahı yerə qoyması lazım olduğunu bildirmiş, əks halda “biz onları silahsızlandıracağıq” demişdi. Trampın Qəzza planına görə, “HƏMAS”ın bölgənin idarəsində heç bir rolu olmayacaq, Qəzzadan silahlar çıxarılacaq və müstəqil nəzarət altında saxlanacaq. ABŞ administrasiyası isə girovların azad edilməsini razılaşmanın yalnız ilk addımı kimi qiymətləndirib və bölgənin gələcəyi üçün əlavə işlərin lazım olduğunu vurğulayıb.