Vaxt.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, regional bank səhmlərindəki eniş Asiya bazarlarına da sıçradı – MSCI Asiya Sakit Okean İndeksi %0,8 azaldı, ən çox zərər görənlər maliyyə şirkətləri oldu.
***
Bir həftəlik geriləmənin ardından rəqəmsal aktivlərdən yüz milyardlarla dollar silindi. Bir zamanlar “rəqəmsal qızıl” kimi təqdim edilən “Bitcoin” 126 min dollarlıq rekorddan sonra 109 min dollar ətrafında sabitləşib və bu dəfə də təhlükəsiz liman rolu oynaya bilmədi.
ABŞ–Çin ticarət gərginliyinin artması rekord həcmdə satışlara səbəb olub, əksər kriptovalyutalar kəskin ucuzlaşıb.
***
İnvestorların riskdən qaçması fonunda neft qiymətləri ardıcıl üçüncü həftədir ucuzlaşır. “Brent” 61 dollar, WTI isə 57 dollar civarındadır.
Əvəzində qızıl və gümüş yeni zirvələrə yüksəlib. Qızıl 1,2% artaraq hazırda 4.379 dollara satılır – bu, 2020-dən bəri ən güclü yüksəliş seriyasının davamıdır. Artım həm FED-in faiz endirimi gözləntiləri, həm də geopolitik risklərin artması ilə dəstəklənir.