Vaxt.Az

“Battlefield 6” satış rekordu qırdı


 

Kompüter oyunu üç gündə 7 milyon nüsxə satıldı

“Battlefield 6” satış rekordu qırdı Video oyun istehsalçısı “Electronic Arts” (EA) açıqlayıb ki, son oyunu “Battlefield 6” ilk üç gündə 7 milyondan çox nüsxə satıb. Bu, tarixin ən yüksək açılış satış rəqəmi hesab olunur.Vaxt.AZ xarici KİV-ə istinadən xəbər verir ki, EA oyunun uğuru ilə həm “Battlefield” seriyasının nüfuzunu bərpa etməyi, həm də “Microsoft”a bağlı “Activision Blizzard” tərəfindən yayımlanan “Call of Duty” oyun seriyasının hakimiyyətinə meydan oxumağı hədəfləyirdi.

Oktyabrın 10-da satışa çıxan oyun, EA-nın 55 milyard dollarlıq satış razılaşması ilə Səudiyyə dəstəkli bir investisiya qrupuna verilməsindən bir neçə həftə sonra bazara təqdim olunub. Şirkət bildirib ki, oyunun ilk həftə sonu ərzində 172 milyon nəfər tərəfindən oynanıb və 15 milyon saatdan çox izlənib. Eyni zamanda, “Battlefield 6” seriyasının ən yüksək oyunçu sayına çatıb.

Oyunun ilk mövsümü oktyabrın 28-də başlayacaq və il sonuna qədər yeni mövsüm məzmunları mərhələli şəkildə yayımlanacaq.

“Apex Legends”, “Titanfall” və “Star Wars Battlefront” kimi digər döyüş oyunlarının tempi azaldığından, EA “Battlefield” brendinə yenidən böyük diqqət ayırır.

 





17.10.2025    çap et  çap et