Vaxt.Az
Bitcoin yenidən 111 min dollar həddini keçdi
Kriptovalyuta səhmləri bahalaşdı
Kriptovalyuta bazarlarında aparıcı rəqəmsal aktiv olan “Bitcoin” dünən yenidən 111 min dollar səviyyəsini aşaraq yüksəlişini bərpa edib. Bu artım, oktyabrda müşahidə edilən bazar dalğalanmalarının müvəqqəti xarakter daşıdığına dair ümidləri gücləndirib və kripto sektoruna yeni canlanma gətirib.Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki,“Bitcoin”dəki yüksəliş, kriptovalyuta ilə əlaqəli səhmlərin
də dəyər qazanmasına səbəb olub. Rəqəmsal aktivlərə iri investisiyaları ilə
tanınan “MicroStrategy” şirkətinin səhmləri gün ərzində 2%-dən çox artıb. Şirkət,
13–19 oktyabr tarixləri arasında orta hesabla 112.051 dollar qiymətindən 168
“Bitcoin” aldığını açıqlayıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına
(SEC) təqdim edilən hesabatda bildirilib ki, “MicroStrategy”nin hazırda
ümumilikdə 640.418 “Bitcoin”i var və onların ümumi alış dəyəri 47,4 milyard
dollar təşkil edir.Digər kriptovalyuta platformaları da yüksəlişdən payını
alıb. “Robinhood” və “Coinbase”in səhmləri müvafiq olaraq 4,5% və 2,5%
bahalaşıb. “Stabilcoin” istehsalçısı “Circle” isə bazardakı ümumi müsbət
dinamika fonunda 3,5% dəyər qazanıb.
Kriptovalyuta mədən şirkətləri də bu tendensiyadan
yararlanıb. “MARA Holdings” süni intellekt və yüksək performanslı hesablama
(HPC) mərkəzlərinə genişlənmə strategiyasının təsiri ilə 6% artım göstərib. Digər
bazar iştirakçılarından “Bit Digital” (BTBT) 15%, “Cipher Mining” (CIFR) isə 6%
bahalaşıb.
Analitiklərə görə, “Bitcoin”in 111 min dollar səviyyəsini
yenidən aşması, investor etimadının qayıtdığına və bazarda yeni bir yüksəliş
dalğasının başlaya biləcəyinə işarədir.
21.10.2025
çap et